“Ford”dan elektromobil həmləsi

Avtoxəbər 16 İyul 2018 23:02 Oxunub 1209
“Ford”dan elektromobil həmləsi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Dünya avtomobil sənayesinin digər markaları da daxili yanma mühərrikindən imtinaya hazırlaşır

ABŞ-ın “Ford” şirkəti tədricən daxili yanma mühərrikli avtomobillərin istehsalından imtina edərək elektromobillərin istehsalına başlayacaq.

 

Avtosfer.Az-ın  İKT.lent.az-a istinadən xəbərinə görə, bunu “Engadget” saytına müsahibəsində “Ford”un “yaşıl” istiqamət üzrə qlobal direktoru Ted Kannis deyib. O bildirib ki, avtomobil dünyası dəyişir və şirkət zamanla ayaqlaşmalıdır. T. Kannis qeyd edib ki, “Ford” müxtəlif bazarlara və publikaya istiqamətlənmiş elektromobillər buraxacaq, çünki adi maşınların dövrü sona yaxınlaşır. 

 

 

“Ford”un yeni nəsil elektromobillərindən ilki “Mustang” və “Mach 1” olacaq. Onlar 2020-ci ildə satışa çıxacaq. 2022-ci ildə şirkət daha 16 növ elektromobil, eləcə də 24 hibrid avtomobil təqdim edəcək.

 

Xatırladaq ki, “Toyota”, “Volvo”, “Peugeot” və dünya avtomobil sənayesinin digər markaları da daxili yanma mühərrikindən imtinaya hazırlaşır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh