Gənclərdən maraqlı aksiya: çimərliklərə atılan zibilləri təmizlədilər - VIDEO

Avtosfer TV 17 İyul 2018 11:21 Oxunub 1439
Gənclərdən maraqlı aksiya: çimərliklərə atılan zibilləri təmizlədilər - VIDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ölkəni və təbiəti qoruyub saxlamaq hər bir vətəndaşın borcudur!

Yayda bir çox insanlar dincəlmək üçün çimərliyə üz tuturlar. Xəzərin sahili demək olar ki,hamımızın istirahət yerinə çevrilib. Lakin istirahət etdiyimiz yerin təmizliyini nə dərəcədə qoruyuruq? Bu isə hər insanın öz vicdanına və onun mədəniyyətinə buraxılır.

 

Hamıya məlumdur ki, dənizə istirahətə gedən insanlar özləriylə qida məhsulları aparır. İstifadə etdikləri qida məhsullarının tullantılarını bir çoxları dənizin sahilinə və yaxud elə dənizin içinə atırlar. Bu isə istirahət yerinin zibilliyə, çirkablığa dönməsinə gətirib çıxarır. Ona görə getdiyimiz yerləri öz evimiz və öz otağımız kimi bilib təmiz saxlamalı, gördüyümüz zibilləri isə yığışdırmağa cəhd göstərməliyik.

 

Vətənini,təbiətini sevib onu qorumağa çalışan Ruqiyyə Hacızadə adlı Bakı şəhər sakini, Xəzərin sahilinə atılmış zibillərin yığılmasında öz vətəndaşlıq mövqeyini göstərərək gözəl bir təşəbbüs irəli sürüb. O, ilk olaraq özü Bilgəh sahillərininə atılmış zibilləri yığışdırdı və sonra bu təşəbbüsə digər insanları cəlb etməyə başladı. "Təmiz Xəzər" adlı bu kampaniyada əsas iki şərt var:

1)Öz zibilimizi arxamızca yığaq

2)Ətrafdakı zibilləri toplayıb zibil üçün ayrılmış yerə ataq.

Bu təşəbbüsə start verən Ruqiyyə Hacızadə, öz vəsaiti hesabına əlcəklər və paketlər alaraq bu kampaniyaya qoşulan insanlara paylayıb və zibillərin yığışıdırlmasına nail olublar. Hətta zibillərin yığışdırılması vaxtı orada olan digər insanların reaksiyalarının da şahidi olublar. Bəziləri kömək etməyə cəhd göstəriblər, bəziləri isə, "sizin işiniz gücünüz yoxdur?"- deyə laqeyd yanaşıblar.

 

Ruqiyyə xanım bildirir ki, ərazini təmizləyən vaxtı, yaxınlıqdakı boş sahəyə məişət tullantıları ilə dolu olan yük avtomobili gəlib. Yükü ora boşaltmaq istəyərkən onun iradı nəticəsində həmin şəxslər tərəfindən tullantıların boşaldılmasının qarşısı alınıb.

Avtosfer.az ərazidən çəkilmiş foto və videoları sizə təqdim edir.

 

Ölkəni və təbiəti qoruyub saxlamaq hər bir vətəndaşın borcudur!

 

Təbriz

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh