DYP reyd keçirdi: 30 sürcü cərimələnib - VİDEO

Avtoreyd 17 İyul 2018 16:45 Oxunub 3136
DYP reyd keçirdi: 30 sürcü cərimələnib - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Reyd zamanı 40-a yaxın avtonəqliyyat vasitəsi saxlanılıb

Ağsu rayonunda avtonəqliyyat vasitələrinə qarşı reyd keçirilib. Avtosfer.az-ın “Report”a istinadən məlumatına görə, reydləri keçirməkdə əsas məqsəd baş verə biləcək hadisələrin qarşısını qabaqcadan almaq və sürücüləri bununla bağlı maarifləndirmə işlərinin aparılmasından ibarətdir. Bundan başqa havaların həddindən artıq isti keçməsilə əlaqədar Ağsu Rayon Mərkəzi Xəstəxanasının təcili tibbi yardım briqadasının həkimləri də reyd zamanı sürücülərin və sərnişinlərin mənzil başına salamat çatması məqsədilə onlara tibbi yardımlar da göstəriblər. Reyd zamanı avtomobili sürücülük vəsiqəsi olmadan, təhlükəsizlik kəmərini taxmadan və avtomobilə əlavə konstruksiya edən sürücülər aşkar olunub. Reyd zamanı 40-a yaxın avtonəqliyyat vasitəsi saxlanılıb, onlardan 30-a yaxın sürücüyə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq protokollar tərtib olunub.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh