Maşın nömrələri hərrac yolu ilə satılacaq -YENİLİK - VİDEO

Avtosfer TV 17 İyul 2018 21:57 Oxunub 3344
Maşın nömrələri hərrac yolu ilə satılacaq -YENİLİK - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Adi nömrələr üçün nəzərdə tutlan 22 manat rüsum artırılaraq 35 manat olacaq

Yaxın gələcəkdə avtomobillər üçün xüsusi düzülüşlü dövlət qeydiyyat nişanları hərrac yolu ilə satılacaq. Avtosfer.Az xezerxeber.az-a istinadən bildirir ki, bununla bağlı "Dövlət rüsumu haqqında" qanuna dəyişiklik edilib.

Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynovun sözlərinə görə, 001, 100, 111 kimi rəqəmləri olan dövlət nömrə nişanları üçün hərf və rəqəm kombinasiyasından asılı olaraq, 500-2500 manat arasında xüsusi rüsum nəzərdə tutulurdu. Dəyişiklikdən sonra həmin xüsusi dövlət rüsumu ləğv edilir. 

"Dövlət rüsumu haqqında" qanuna edilən son dəyişikliyə əsasən, yaxın gələcəkdə prezident tərəfindən həm hərrac qaydaları müəyyən ediləcək, həm də hansı nömrələrin hərracla satılacağı göstəriləcək. Təkcə qeyd edilən üç variantda rəqəmləri olan nömrələr deyil, bəzi başqa nömrələr də hərracla satıla biləcək.

Ərşad Hüseynov bildirib ki, yeniliklər oktyabr ayından sonra icra oluna bilər.

"Dövlət rüsumu haqqında" qanuna edilən digər bir dəyişikliyə əsasən isə, adi nömrələr üçün nəzərdə tutlan 22 manat rüsum artırılaraq 35 manat olacaq.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh