Honda yenilənmiş Pilot barədə əlavə məlumat verib

Avtoxəbər 17 İyul 2018 23:06 Oxunub 1613
Honda yenilənmiş Pilot barədə əlavə məlumat verib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Təchizatından asılı olaraq avtomobil yeni 18 və 20-düymlük təkər diskləri ilə də təklif ediləcəkdir

Honda şirkəti yenilənmiş Pilot krossoveri barədə əlavə məlumat dərc edib. Səkkizyerli krossover dəyişdirilmiş eksteryerə, transmissiyanın yeni alqoritminə və genişləndirilmiş avadanlıq siyahısına sahib olub.

 

 

Yenilənmiş Honda Pilot modelini sələfindən yeni radiator barmaqlığına, işıqdiodlarından hazırlanmış çoxbölümlü fənərlərinə və başqa ön bamperə görə ayırd etmək mümkündür. Bamper yeni formalı yan hava girişlərinə və gündüz hərəkət işıqlarına sahib olub. Arxa hissədə də yenilənmiş arxa fənərləri görmək mümkündür.

 

Təchizatından asılı olaraq avtomobil yeni 18 və 20-düymlük təkər diskləri ilə də təklif ediləcəkdir.

 

Krossoverin avadanlıq siyahısına yeni cihazlar paneli, Apple CarPlay və Android Auto tətbiqlərini dəstəkləyən yenilənmiş multimedia sistemi, arxa cərgənin sərnişinləri üçün Blu-Ray əyləncə sistemi daxildir.

 

Eyni zamanda,siyahıya internetə giriş nöqtəsi, həmçinin mikrofon və qulaqcıqların köməkliyi ilə sərnişinlərin söhbət etməsinə imkan verən Cabin Talk funksiyası daxil edilibdir.

 

Yenilənmiş Honda Pilot modelinin təchizatına Honda Sensing təhlükəsizlik sistemləri kompleksi daxildir. Bu kompleksə öndən toqquşmaları xəbərdər edən sistem, adaptiv kruiz-kontrol, yoldan çıxmanın qarşısını alan sistem, zolaqda saxlama funksiyası, kor zonalara nəzarət sistemi və arxaya hərəkət assistenti daxildir. Honda Pilot 284 at qüvvəsii  və 355 Nm fırlanma anı hasil edən 3,5-litrlik altı silindrli mühərrik ilə təklif edilir.

 

Güc aqreqatı təchizat səviyyəsindən asılı olaraq altı və ya doqquz pilləli avtomatik ötürmələr qutusu ilə təchiz olunur.

 

Mənbə: autograph.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh