Bakıda təhlükə saçan kortej: maşın hərəkətdə ola-ola "salamlaşırlar" - VIDEO

Avtosfer TV 19 İyul 2018 11:13 Oxunub 2723
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu cür təhlükəli hərəkət edən sürücü və sərnişinlər məsuliyyətə cəlb olunmalıdır

Bir neçə avtomobildən ibarət kortejdə hərəkət edən gənclər, yol hərəkəti qaydasını kobud şəkildə pozaraq insan həyatı üçün təhlükəli olan hərəkətlər ediblər. Avtosfer.az xəbər verir ki, kortejin arxasıyca gələn 90-SG-095 qeydiyyat nişanlı "Chevrolet Camaro" markalı avtomobilin sürücüsü 1.1 düz xəttin tələbini pozaraq tam olaraq əks istiqamətdə hərəkət edib. Qarşıda hərəkətdə olan 90-VS-803 qeydiyyat nişanlı "Toyota Prado" markalı avtomobilin sərnişini və onun sol tərəfi ilə tam olaraq əks istiqamətdə hərəkət edən 90-VV-520 qeydiyyat nişanlı "Hyundai Elantra" markalı avtomobilin sərnişini avtomobildən bədənlərini bayıra çıxararaq bir-birinin əlindən tutub. Bu cür təhlükəli hərəkət edən sürücü və sərnişinlər məsuliyyətə cəlb olunmalıdır.

Ümid edirik ki, Baş Dövlət Yol Polisi idarəsi bu qanunsuzluqla bağlı ciddi ölçü götürəcək.

 

Təbriz

ŞƏRH YAZ
Ad

E-mail

Şərh