Qazaxlar da uçan avtomobil yaratmaq istəyirlər

Avtoxəbər 19 İyul 2018 08:52 Oxunub 1338
Qazaxlar da uçan avtomobil yaratmaq istəyirlər
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Dronların uçuşunu tənzimləmək üçün qanunvericiliyə uyğun dəyişikliklər etmək lazımdır

Qazaxıstanda uçan avtomobil hazırlamağı planlaşdırırlar.

 

Avtosfer.Az Sfera.az-a istinadən xəbər verir ki, hibrid avtomobil və təyyarə hazırlanması planları ilə bağlı ölkənin investisiyalar və inkişaf naziri danışıb:

 

"Bu texnologiyalar hələ ki, bizim qavrama anlayışımızın çərçivəsi xaricindədir. Lakin bir neçə il əvvəl fantastika kimi görünən dronlar artıq reallıqdır. Onlar poçtun müxtəlif rayonlara göndərilməsi, ərazinin çəkilişi və digər məqsədlərdə aktiv şəkildə istifadə olunur. Dronların uçuşunu tənzimləmək üçün qanunvericiliyə uyğun dəyişikliklər etmək lazımdır. Hələ ki, dronların uçuşu bizdə qadağandır”.

 

Qazaxıstan nazirliyi uçan aparatın hazırlanması və şəhər mühitində istifadəsi üçün peşəkar mütəxəssislərə ehtiyac olduğunu deyib. Dronları isə əraziyə nəzarət, meşə yanğınlarının aşkarlanması üçün istifadə etmək istəyirlər.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh