Sabirabadda toyda kütləvi dava olub , 3 nəfər yaralanıb

Gündəm 19 İyul 2018 08:54 Oxunub 938
Sabirabadda toyda kütləvi dava olub , 3 nəfər yaralanıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hər 3 yaralı Şirvan şəhər xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirilib. Vəziyyətləri orta ağırdı

Sabirabadda toyda baş verən kütləvi davada 3 nəfərə yaba ilə xəsarətlər yetirilib.

 

Avtosfer.Az APA-ya istinadən xəbər verir ki, saat 00.30 radələrində Sabirabadın Moranlı kəndində toyda kütləvi dava baş verib.

 

Dava zamanı kənd sakinləri, 1992-ci il təvəllüdlü Abbasov İlkin  Taleh oğlu, 1995-ci il təvəllüdlü Abbaslı Ədalət İbrahim oğlu və 1994-cü il təvəllüdlü İmanov Feyruz Asim oğluna bədənlərinin müxtəlif yerlərindən yaba ilə kəsilmiş-deşilmiş xəsarətlər alıblar. Hər 3 yaralı Şirvan şəhər xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirilib. Vəziyyətləri orta ağırdı.

 

Kütləvi davada iştirak edən şəxslərin müəyyənləşdirilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

 

Faktla bağlı Sabirabad Polis Şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh