Bakıda turist qəza törədib - FOTO

Qəzalar 19 İyul 2018 09:01 Oxunub 1355
Bakıda turist qəza törədib - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qəza zamanı avtomobillər deformasiyaya uğrayıb

Nəsimi rayonunda iki avtomobil toqquşub. Avtosfer.Az "Report"a istinadən bildirir ki, qəza zamanı hər iki avtomobil deformasiyaya uğrayıb. Belə ki, yol-nəqliyyat hadisəsi Nəsimi rayonu, Abbasqulu Ağa Bakıxanov küçəsində qeydə alınıb. Bəhreyn vətəndaşı Səid Həsən kirayə götürdüyü "KİA" avtomobillə A.A Bakıxanov küçəsində orta yolla hərəkətdə olarkən qəfil sola dönmə əməliyyatı edib. Bu zaman sol yolla hərəkət edən "Nissan" "KİA" ya çırpılıb. Qəza zamanı avtomobillər deformasiyaya uğrayıb. Hadisə yerində yol polis əməkdaşları olublar. Sürücülərin ifadələri alınıb.

Avtomobillər cərimə meydançasına aparılıb. Faktla əlaqədar araşdırmalara başlanılıb.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh