Pilotsuz sualtı aparatların sınağına başlanıldı

Texnologiya 19 İyul 2018 11:22 Oxunub 1722
Pilotsuz sualtı aparatların sınağına başlanıldı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Poseydon"un əsas özəlliyi isə odur ki, rəqibin əks tədbirləri qarşısında praktiki olaraq 100 faiz mükəmməl müdafiədir

Rusiya Müdafiə Nazirliyi poliqonlarında "Poseydon" adlı pilotsuz sualtı aparatların sınağına başlayıb. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, bu barədə ölkənin müvafiq hərbi idarəsindən bildiriblər.

Məlumata görə, "Poseydon" çoxməqsədli okean sistemi olmaqla rəqibin aviadaşıyıcılarına qarşı mübarizə aparmaq və qitələrarası uzaqlıqda sahil obyektlərini məhv etməyə qadirdir.

Bildirilir ki, "Poseydon"un əsas özəlliyi isə odur ki, rəqibin əks tədbirləri qarşısında praktiki olaraq 100 faiz mükəmməl müdafiədir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh