Sürücülərin nəzərinə! Bu yolda təmir işləri aparılır

Yeniliklər 19 İyul 2018 11:48 Oxunub 1347
Sürücülərin nəzərinə! Bu yolda təmir işləri aparılır
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sürücülərdən sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları xahiş olunur

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yararsız vəziyyətə düşmüş təhlükəsizlik sədlərinin təmiri işləri davam etdirilir. Agentlikdən Avtosfer.az-a verilən məlumata görə, Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 14-70-ci km-lik hissəsində, həmçinin  Dövlət Bayraq Meydanından Lökbatan dairəsinədək olan ərazidə bu gün axşam saatlarınadək yol qəzaları nəticəsində yararsız vəziyyətə düşmüş təhlükəsizlik sədlərinin təmiri işləri aparılır. Bundan başqa Bakı şəhərində təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Maştağa-Nardaran-Bilgəh avtomobil yolunda üfiqi nişananma xətlərinin yenidən rənglənməsi işləri aparılır. İşlər axşam saatlarında yekunlaşdırılacaq.

Sürücülərdən sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

 

Namiq

ŞƏRH YAZ
Ad

E-mail

Şərh