Yol polisi sürücülərə müraciət edib - Nömrə ilə bağlı

Yol polisi 19 İyul 2018 11:57 Oxunub 2156
Yol polisi sürücülərə müraciət edib - Nömrə ilə bağlı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Avtomobilləri və nömrələri təmiz saxlayın!

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib. Avtosfer.az-ın məlumatına görə, müraciətdə bildirilib ki, son günlər Bakı şəhərində və respublikanın avtomobil yollarında zahiri görünüşü təmiz olmayan, səliqəsiz, dövlət qeydiyyat nişanları görünməyən nəqliyyat vasitələrinin hərəkət etməsi hallarına rast gəlinir: “Belə avtomobillərin turizm mərkəzinə çevrilmiş paytaxtımızın ümumi estetik görünüşünə xələl gətirməsini, eləcə də qeyd olunan halların qanunvericiliklə inzibati məsuliyyətə səbəb olmasını nəzərə alaraq Baş DYP İdarəsi nəqliyyat vasitələri sürücülərindən xahiş edir ki, avtomobillərin zahiri görünüşünün, eləcə də hərəkətə başlamazdan əvvəl və yolboyu nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanlarının oxunması üçün onların təmiz saxlanılmasını təmin etsinlər. Müraciətə düşünülmüş şəkildə yanaşan hər bir bir vətənpərvər sürücüyə əvvəlcədən təşəkkürümüzü bildirir, bütün hərəkət iştirakçılarına yollarda yüksək mədəniyyət nümayiş etdirmək tövsiyəsi ilə təhlükəsiz yol arzulayırıq”.

 

Elmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh