XƏBƏRDARLIQ - Bakıda şimal-qərb küləyi güclənəcək, bəzi rayonlara dolu düşəcək

Gündəm 19 İyul 2018 13:13 Oxunub 895
XƏBƏRDARLIQ - Bakıda şimal-qərb küləyi güclənəcək, bəzi rayonlara dolu düşəcək
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 3-5 dərəcə aşağı enəcək

Bakıda və Abşeron yarımadasında iyulun 20-si axşamdan 23-ü gündüzədək şimal-qərb küləyinin güclənəcəyi gözlənilir. Bu barədə Avtosfer.az- Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən bildirilib. Məlumata görə, Azərbaycanın bəzi rayonlarında iyulun 20-si axşamdan 24-ü axşamadək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağışın leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, şimşək çaxacağı ehtimalı var. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 3-5 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.

Namiq

ŞƏRH YAZ
Ad

E-mail

Şərh