DİN Qubada baş verən yol qəzası ilə bağlı məlumat yayıb

Gündəm 19 İyul 2018 14:44 Oxunub 1104
DİN Qubada baş verən yol qəzası ilə bağlı məlumat yayıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır

Quba rayonunun İsnovqışlaq kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən Avtosfer.az-a verilən məlumata görə, iyulun 18-də saat 10 radələrində Quba rayonunun İsnovqışlaq kəndi ərazisində Cəlilabad rayon sakini Məmmədəli Bayramovun idarə etdiyi “Nissan” və Sumayıt şəhər sakini Elməddin Hüseynovun idarə etdiyi “Hyundai” (avtobus) markalı avtomobillər toqquşub.

 

Nəticədə M.Bayramov hadisə yerində ölüb, bir sərnişini və E.Hüseynovun bir sərnişini xəstəxanaya yerləşdiriliblər.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh