Yük maşını kafeyə çırpıldı: 12 nəfər ölüb  

Qəzalar 19 İyul 2018 15:44 Oxunub 889
Yük maşını kafeyə çırpıldı: 12 nəfər ölüb   
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sementlə yüklənmiş avtomobil iki mərtəbəli binanı yararsız hala salıb

Misirin Əl-Minya vilayətində yük maşını yaşayış binasının birinci mərtəbəsində yerləşən kafeyə çırpılıb. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, hadisə nəticəsində azı 12 nəfər ölüb. Digər 28 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb və onlar xəstəxanaya yerləşdiriliblər.

Yerli polisin məlumatına görə, sementlə yüklənmiş avtomobil iki mərtəbəli binanı yararsız hala salıb. Binanın birinci mərtəbəsində kafe və kiçik restoran olub.

İlkin məlumatlara görə, hadisə sürücünün idarəetməni itirməsi nəticəsində baş verib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh