Daşkəsən-Xoşbulaq-Astaf avtomobil yolu yenidən qurulacaq

Gündəm 19 İyul 2018 16:13 Oxunub 912
Daşkəsən-Xoşbulaq-Astaf avtomobil yolu yenidən qurulacaq
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Müvafiq sənədlər işlənib hazırlanaraq aidiyyəti üzrə təqdim olunub

Bu ilin birinci yarısında Daşkəsən rayonunda respublika və yerli əhəmiyyətli avtomobil yollarının saxlanılması və təmiri üzrə 473,9 min manatlıq iş görülüb. Avtosfer.az xəbər verir ki, Rayon icra hakimiyyətindən Azərtac-a bildirilib ki, hazırda Daşkəsən-Əmirvar-Qabaqtəpə avtomobil yolunun yenidən qurulması işləri davam etdirilir.

İşlər bitdikdən sonra rayonun bu istiqamətində yerləşən bir neçə kəndinin yol problemi həll olunmaqla yanaşı, həm də sakinlərin kənd turizmini inkişaf etdirmək üçün imkanları genişlənəcək.

Məlumat verilib ki, 2019-cu ildə isə Daşkəsən-Xoşbulaq-Astaf avtomobil yolunun yenidən qurulması üçün müvafiq sənədlər işlənib hazırlanaraq aidiyyəti üzrə təqdim olunub.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh