Taxıl sahəsini qəsdən yandırmaqda şübhəli bilinən şəxs saxlanıldı - FOTO

Gündəm 19 İyul 2018 17:02 Oxunub 911
Taxıl sahəsini qəsdən yandırmaqda şübhəli bilinən şəxs saxlanıldı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
İncə kəndi ərazisində taxılı biçilmiş 20 hektar sahə yandırılıb

İyulun 19-da saat 4.30 radələrində Göyçay rayonunun İncə kəndi ərazisində taxılı biçilmiş 20 hektar sahə yandırılıb. Dərhal hadisə yerinə gəlmiş FHN-in Dövlət Yanğından Mühafizə Hissəsinin və Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən təhlükəsizlik tədbirləri görülüb, yanğın söndürülərək daha geniş əraziləri əhatə etməsinin qarşısı alınıb. DİN-dən Avtosfer.az-a verilən məlumata görə, rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri təxirəsalınmaz  əməliyyat-axtarış tədbirləri nəticəsində yanğını törətməkdə şübhəli bilinən kənd sakini Gündüz Hacıyev qısa müddətdə müəyyən edilərək saxlanılıb. Araşdırmalar zamanı G.Hacıyevin həmin ərazini qəsdən yandırdığı müəyyən edilib və o, törətdiyi əməli etiraf edib.  

Faktla bağlı Cinayət Məcəlləsinin 225.2-ci (Yanğın təhlükəsizliyi qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.   

 

Emin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh