Bakıda avtosalondan 8 min manatdan çox pul oğurlandı

Gündəm 19 İyul 2018 21:20 Oxunub 862
Bakıda avtosalondan 8 min manatdan çox pul oğurlandı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Anar Şıxəli və əvvəllər məhkum olunmuş Eynur Hüseynov saxlanılıblar

Baş Cinayət Axtarışı İdarəsi, Beyləqan RPŞ və Xətai RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 15-də Beyləqan rayonu ərazisindəki şirkətlərdən birinin həyətindən 12 ədəd elektrik mühərriki və 1 ədəd reduktor oğurlamaqda şübhəli bilinən 1-ci Şahsevən kənd sakinləri Anar Şıxəli və əvvəllər məhkum olunmuş Eynur Hüseynov saxlanılıblar.

 

DİN-dən Avtosfer.Az-a verilən məlumata görə, E.Hüseynovun ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun fevral ayında 1-ci Şahsevən kəndi ərazisindəki digər şirkətə məxsus təmir-tikinti alətlərini və inşaat materiallarını, habelə mayın 15-də daha bir nəfərlə birgə Xətai rayonu ərazisindəki avtosalonların birindən 8500 manat oğurlamaları da müəyyən edilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh