Avtomobillərdən oğurluq edənlər saxlanılıblar - Bakıda

Gündəm 20 İyul 2018 11:34 Oxunub 725
Avtomobillərdən oğurluq edənlər saxlanılıblar - Bakıda
WhatsApp kanalımıza abunə ola bilərsiniz
 Faktlarla bağlı araşdırmalar aparılır

Bakının Nəsimi rayonu ərazisində avtomobillərdən oğurluq etməkdə şübhəli bilinən şəxslər polis əməkdaşları tərəfindən saxlanılıblar.

Bu barədə Avtosfer.az-a DİN-in mətbuat xidmətindən məlumat verilib.

Belə ki, Nəsimi Rayon Polis İdarəsinin (RPİ) 21-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini M.Səlimliyə məxsus “Mercedes” markalı avtomobilin yan güzgülərini oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Xanlar Hüseynov saxlanılıb.

20-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində isə paytaxt sakini F.Qədimovun “VAZ-2106” markalı avtomobilindən maqnitofon oğurlamaqda şübhəli bilinən Ağdaş rayon sakini Rəsul Rəhimov saxlanılıb.

Faktlarla bağlı araşdırmalar aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh