Qadın sürücü piyadanı vurub öldürdü - Bakıda

Qəzalar 20 İyul 2018 11:42 Oxunub 744
Qadın sürücü piyadanı vurub öldürdü - Bakıda
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı cinayət işi başlanıb

Bakıda qadın sürücü yol qəzası törədib. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, hadisə ötən gecə paytaxtın Sabunçu rayonunda baş verib. İyulun 20-də gecə saat 01 radələrində Bakı şəhər sakini Poladova Nərminə Rüfət qızı idarə etdiyi "Kia" markalı 90 AL 030 dövlət nömrə nişanlı avtomobillə Sabunçu rayonunun Pirşağı qəsəbəsində, 2-ci Sovxoz adlanan ərazidə hərəkətdə olarkən yolun kənarında dayanmış Bəyməmmədov Azər İlqar oğlunu vurub.

Piyada təcili tibbi yardım stansiyasına aparılarkən yolda ölüb.

Faktla bağlı Sabunçu rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh