Yol qəzasında 3 nəfərin ölümündə təqsirləndirilən sürücünün ayağı kəsilib

Gündəm 20 İyul 2018 11:56 Oxunub 708
Yol qəzasında 3 nəfərin ölümündə təqsirləndirilən sürücünün ayağı kəsilib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Proses iyulun 27-dək təxirə salınıb

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Şamaxıda ölümlə nəticələn yol-nəqiliyyat hadisəsi törətməkdə təqsirləndirilən İlqar İbrahimov və Gülnarə Hüseynovanın cinayət işi üzrə məhkəmə iclası başlayıb. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə barəsində polis nəzarəti qətimkan tədbiri seçilmiş İ.İbrahimovun məhkəməyə gəlmədiyi məlum olub. Daha sonra təqsirləndirilən İ.İbrahimovun vəkili vəsatət qaldırıb. O bildirib ki, hadisədən sonra müvvəkilinin ayağında çürümə olduğu üçün 5 sm uzunluğunda kəsilib. Vəkil buna görə məhkəmədən vaxt istəyib. Məhkəmə vəsatəti təmin edib. Proses iyulun 27-dək təxirə salınıb.

Qeyd edək ki, ölümlə nəticələn yol-nəqiliyyat hadisəsi ötən il oktyabrın 2-də saat 9:00 radələrində Şamaxı rayonunun Sabir qəsəbəsi ərazisində baş verib. Həmin ərazidə Bakı şəhər sakini G.Hüseynovanın və Ağsu rayon sakini İ.İbrahimovun idarə etdikləri “Mercedes” markalı iki avtomobil toqquşub. Nəticədə G.Hüseynovanın sərnişinləri - əri Elman Cəbiyev, qızı Nigar Hüseynova, habelə İ.İbrahimovun sərnişini - Ağsu rayon sakini Teymur Soltiyev hadisə yerində ölüblər, hər 2 sürücü və digər sərnişinlər xəstəxanaya yerləşdiriliblər.

Daha sonra İ.İbrahimov və G.Hüseynova saxlanılıb. Hər iki şəxsin barəsində polis nəzarəti qətimkan tədbiri seçilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh