9 milyondan çox sürücü müddətsiz etiraz tətilinə başlayıb

Gündəm 20 İyul 2018 12:01 Oxunub 668
9 milyondan çox sürücü müddətsiz etiraz tətilinə başlayıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ödənişlərin azaldılması tələbi ilə

Hindistanda 9 milyondan çox yük maşını sürücüsü dizel yanacağının qiymətlərinin və federal magistral yollardan keçməklə bağlı ödənişlərin azaldılması tələbi ilə bu gün müddətsiz etiraz tətilinə başlayıb.

Avtosfer.az xəbər verir ki, bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir.

"Dünən nəqliyyat naziri Nitin Qadkari ilə görüşdük, lakin hansısa ortaq qərara gələ bilmədik. Ardından maliyyə naziri Piyuş Qoyal ilə görüşdük", - Hindistanın ağır tonnajlı yük maşınları sürücülərinin həmkarlar ittifaqlarından birinin sədri Malkit Sinqh deyib.

Onun sözlərinə görə, mübahisəli məsələlər üzrə hökumətlə yaxın zamanda ortaq məxrəcə gəlmək az ehtimallı olduğundan etiraz aksiyası bəyan edilmiş vaxtda başlayacaq.

Qeyd edək ki, dünən keçirilən görüşdə nazirliyin nümayəndələri həmkarlar ittifaqları liderlərinə tələblərinin dərhal yerinə yetirilə bilinməyəcəyini, amma hökumətin onların hər birini diqqətlə nəzərdən keçirəcəyini bildiriblər.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh