Bakıda "kitayski" "Land Gruiser" və "S Class" təqdim edildi - FOTO - VIDEO

Avtobazar 20 İyul 2018 12:05 Oxunub 8851
Bakıda "kitayski" "Land Gruiser" və "S Class" təqdim edildi - FOTO - VIDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Müasir avtomobillərdən heç də fərqlənmir

Dünən "Sirena Motors"un Babək ofisində Çin istehsalı olan yeni avtomobilin təqdimatı olub. Avtomobillərdən biri "GA 8", digəri isə "GS 8" modelidir. Avtomobillərin biri demək olar ki, "Mercedes S class"ın, digəri isə "Lexus"un 4.6 mühərrikli modelini xatırladır. Hər iki avtomobilin texniki göstəricilərinə nəzər saldıqda belə məlum olur ki, onlar heç də müasir avtomobillərdən geri qalmır. Bütün təhlükəsizlik sistemi ilə təchiz olunub. İşıq faraları hərəkətlidir. Avtomobilin hər ikisinin gücü 2.0 turbo muhərrikdir.

Avtomobilin yanacaq sərfiyyatı şosedə 90km/saat sürətlə 6,5 litr təşkil edir. Şəhər yollarında isə 9-12 litr yanacaq işlədir. 7 nəfərlik avtomobildə kondisioner sistemi bir birindən ayrıdır. Bundan əlavə, avtomobildə telefonu simsiz şarj etmək olacaq. Avtomobilin artıq Bakıda satışına start verilib. Qiymətləri isə 55 və 59 min manat təşkil edir. 

Tədbirdə tanınmış ictimaiyyət nümayəndələri, avtomobil həvəskarları eyni zamanda müğənnilər Günay İbrahimli, Elçin və Əbdulxaliq iştirak ediblər. Avtomobilləri tanınmış aparıcı Elcan təqdim edib. Daha sonra əyləncəli proqramla davam edib.

 

Orxan

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh