Avtobus aşdı: 2 ölü, 12 yaralı - FOTO

Qəzalar 20 İyul 2018 12:29 Oxunub 1233
Avtobus aşdı: 2 ölü, 12 yaralı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qəza ilə bağlı araşdırma başlanılıb

Türkiyənin Trabzon əyalətində sərnişin avtobusunun aşması nəticəsində 2 nəfər ölüb, 12 nəfər isə yaralanıb. Avtosfer.az DHA-ya istinadən xəbər verir ki, qəza hadisəsi səhər saatlarında baş verib. Trabzon – Vakfıkebir arasında hərəkət edən avtobus yol kənarında elektrik dirəklərinin yüklənməsi zamanı yola düşən dirəyə çırpılıb. Çırpılmanın şiddətindən sürücünün idarəetməsindən çıxan avtobus yol kənarındakı beton bloklara çırpılaraq aşıb. Nəticədə 2 nəfər ölüb, 12 nəfər isə yaralanıb. Ətrafdakıların köməkliyi ilə əraziyə çox sayda təcili tibbi yardım və yanğınsöndürmə əməkdaşları çağırılıb. Yaralılar ilkin yardım göstərilərək yaxınlıqdakı xəstəxanalara yerləşdiriliblər.

Qəza ilə bağlı araşdırma başlanılıb.

 

Namiq

https://imgrosetta.mynet.com/file/3452941/640xauto.jpg

http://cdn.esmedya.com.tr/Documents/Gunes/Images/2018/07/20/640x360_c1551e8d-192c-492c-ba9e-eae4d23f1827.jpg

http://www.rizeninsesi.net/wp-content/uploads/2018/07/Vakf%C4%B1kebirde-midib%C3%BCs-devrildi-2-%C3%B6l%C3%BC-12-yaral%C4%B1-.-1.jpg

https://imgrosetta.mynet.com/file/3452943/640xauto.jpg

https://imgrosetta.mynet.com/file/3452942/640xauto.jpg

ŞƏRH YAZ
Ad

E-mail

Şərh