Mayamidə Formula 1 yarışlarının keçirilməsi barədə qərar avqust ayınadək təxirə salınıb

Yarışma 20 İyul 2018 15:02 Oxunub 2578
Mayamidə Formula 1 yarışlarının keçirilməsi barədə qərar avqust ayınadək təxirə salınıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Formula 1-in Mayami mərhələsi 2019-cu ilin oktyabrında keçirilə bilər

Mayami şəhərinin hakimiyyət orqanları Formula 1 yarışlarının keçirilməsi barədə qərarı avqust ayınadək təxirə salıblar. Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, əvvəlcə komissiyanın iclası iyulun 26-na planlaşdırılmışdı. Amma fakt üzrə müzakirələr yalnız avqustda – şəhər komissiyasının bütün üzvləri məzuniyyətdən qayıdandan sonra aparıla bilər. Mayaminin siti-meneceri Emilio Qonsalesin sözlərinə görə, Formula 1-in Mayami mərhələsini 2019-cu il mövsümündə keçirmək qərarı qüvvədədir. Amma şəhər rəhbərliyi məsələni bir daha müzakirə etmək və bu qərarın düzgünlüyünə əmin olmaq istəyir. İlkin məlumata görə, Formula 1-in Mayami mərhələsi 2019-cu ilin oktyabrında keçirilə bilər.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh