Aereport yolunda ölüm saçan avtomobil - Yol polisi onu niyə saxlamadı? - FOTO - VİDEO

Avtosfer TV 20 İyul 2018 20:40 Oxunub 2629
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Həmin maşında azyaşlı sərnişinlərin də olması təəssüf doğurub

Sürücü heç bir təhlükəsizlik tələblərinə cavab verməyən minik avtomobilini paytaxt yollarında idarə edir. Avtosfer.Az İnterpress.az-a istinadən xəbər verir ki, aereport yolunda hərəkət edən "VAZ” markalı minik avtomobili görənləri heyrətləndirib.

İstismar müddəti çox olan, təhlükəsizlik tələblərinə cavab verməyən texniki nasaz avtomobilin paytaxt yollarında hərəkəti digər nəqliyyat vasitələrinin də hərəkətinə təhlükə yaradıb. Bununla yanaşı, sözügedən nəqliyyat vasitəsində azyaşlı sərnişinlərin də olması təəssüf doğurub. Avtomobilin arxa şüşəsinin və baqaj qapısının olmaması sərnişinlərin də həyatını təhlükəyə atıb. Belə ki, 10-DE-436 dövlət qeydiyyat nişanlı “VAZ” 21 011 markalı avtomobilin arxa hissəsinin tam sökülərək açıq olması sərnişinlərin həyatı üçün təhlükə yaratmaqla yanaşı, eyni zamanda, digər hərəkət iştirakçıları olan nəqliyyat vasitələri üçün də təhlükə yaradıb.

Görüntülərdən də yüksək sürətlə hərəkətdə olan nəqliyyat vasitəsinin texniki baxışdan keçmədiyi aydın görünür. Avtomobilin texniki avadanlıqlarının əksəriyyətinin isə üzərində olmadığı açıq-aşkar müşahidə olunur. Amma buna baxmayaraq, yol boyu xidmət aparan yol polisləri heç bir təhlükəsizlik tələblərinə cavab verməyən minik avtomobilinin yaratdığı təhlükəyə heç bir reaksiya verməyib.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh