Bakıda yolu çökdürən zirzəmi sökülür - VİDEO

Gündəm 20 İyul 2018 23:20 Oxunub 1101
Bakıda yolu çökdürən zirzəmi sökülür - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hazırda həmin ərazidə qazıntı işləri davam etdirilir

Çökmüş yolun altında ikimərtəbəli zirzəmi aşkarlanıb.

 

Avtosfer.Az bildirir ki, söhbət Nəsimi rayonu Cəlil Məmmədquluzadə küçəsinin əsas hissəsində bir neçə gün bundan əvvəl baş vermiş çökmədən gedir. Hazırda həmin ərazidə qazıntı işləri davam etdirilir.

 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəflinin verdiyi məlumata əsasən, binanın zirzəmisi böyük bir ərazini əhatə edir.

 

Qeyd edək ki, Cəlil Məmmədquluzadə küçəsinə alternativ olaraq müvəqqəti salınmış yolda çökmüş ərazidə aparılan qazıntılar zamanı yol səthindən təqribən 5-6 metr dərinlikdə dəmir-beton konstruksiya aşkarlanıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh