“BakuBus” jurnalistləri sevindirdi – FOTO

Gündəm 20 İyul 2018 22:49 Oxunub 4969
“BakuBus” jurnalistləri sevindirdi – FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Azər Qasimov MMC-də həyata keçirilən işlər  barədə məlumat verib

“BakuBus” MMC-də jurnalistlərlə görüş keçirilib. 22 İyul-Milli Mətbuat Günü münasibətilə təşkil edilən görüşdə “BakuBus” MMC-nin direktor müavini Azər Qasımov, Daxili nəzarət şöbəsinin müdiri Camal Kərimov, Marşrut xətlərinin idarəetmə şöbəsinin müdiri Elşən Məlikov, Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Qabil Babayev, əməkdaşlar və KİV nümayəndələri iştirak edib. 

Tədbiri giriş sözü ilə açan Azər Qasımov jurnalistləri 22 İyul-Milli Mətbuat Günü münasibətilə təbrik edib, onlara yaradıcılıq uğurları arzulayıb. Həmçinin, 1875-ci ildə görkəmli maarifpərvər ziyalı Həsən bəy Zərdabi tərəfindən əsası qoyulan milli mətbuatımızın inkişafı və çiçəklənməsi üçün ulu öndər Heydər Əliyevin əvəzsiz xidmətlər göstərdiyini bildirib. Bu istiqamətdə tədbirlərin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. 

Sonra A.Qasımov “BakuBus” MMC-də həyata keçirilən işlər  barədə məlumat verib. Direktor müavini bildirib ki, “BakuBus” MMC fəaliyyətə başladığı 2015-ci ildən indiyədək uğurlu nəticə əldə edib. Hazırda Bakı şəhərində 13 marşrut xətti üzrə “BakuBus” MMC-yə məxsus avtobusların hərəkət etdiyini diqqətə çatdıran A.Qasımov vurğulayıb ki, sərnişinlərin təhlükəsizliyinin və rahatlığının təmin olunması, ictimai nəqliyyatda keyfiyyətin daha da yüksəldilməsi üçün bütün imkanlardan istifadə edilir. Eyni zamanda, sərnişinlərin müraciət və təkliflərinə operativ reaksiya verilir və müvafiq tədbirlər görülür. Belə ki, təkcə 2018-ci ilin I rübündə sərnişinlərlə davranış qaydalarını pozduğuna və yol verdiyi digər nöqsanlara görə “BakuBus”MMC-də 85 nəfər sürücüyə intizam tənbehi verilib. Müxtəlif səbəblərlə əlaqədar 84 sürücü ilə bağlanan əmək müqaviləsinə xitam verilib. 2017-ci ildə isə bu göstəricilər müvafiq olaraq, 154 və 229 olub. Eyni zamanda, 2017-ci ildə 152, 2018-ci ilin I rübündə147 sürücü işə qəbul edilib. Eləcə də, sürücülər üçün mütəmadi olaraq təlimlər keçirilir ki, bu da işin keyfiyyətinin daha da yüksəlməsinə təsir göstərir. A.Qasımov həmçinin, ictimai nəqliyyatdan istifadə qaydaları ilə bağlı maarifləndirmə işinin daha da gücləndirilməsinə ehtiyac duyulduğunu və KİV-in bu sahədə rolunun böyük olduğunuvurğulayıb. 

Tədbirdə A.Qasımov “BakuBus” MMC tərəfindən həyata keçirilən işlərə Bakı Nəqliyyat Agentliyi tərəfindən böyük dəstək verildiyini vurğulayıb. Direktor müavini bildirib ki, bu dəstək “BakuBus” MMC-də işin daha səmərəli təşkilinə və uğurlu nəticənin əldə edilməsinə kömək göstərir.   

Görüşdə Avtosfer.az saytının baş redaktoru Elməddin Muradlı “BakuBus” MMC-nin fəaliyyətini yüksək qiymətləndirib. E.Muradlı qeyd edib ki, “BakuBus” MMC-nin işi nümunəvidir və görülən işlər əhaliyə nəqliyyat sahəsində göstərilən xidmət səviyyəsinin daha da artacağını deməyə əsas verir. 

Daha sonra tədbirdə müxtəlif məsələlər ətrafında müzakirələr aparılıb. 

Görüşün sonunda 22 İyul-Milli Mətbuat Günü münasibətilə KİV nümayəndələrinə hədiyyələr təqdim olunub.

 

Emin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh