Yol-patrul xidməti əməkdaşlarına silahlı hücum - 3 nəfər öldürüldü

Gündəm 21 İyul 2018 02:23 Oxunub 1165
Yol-patrul xidməti əməkdaşlarına silahlı hücum - 3 nəfər öldürüldü
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Cinayətkarlar "LADA Priora" avtomobilindən atəş açıblar

Dağıstanda yol-patrul xidmətinə hücum zamanı 3 polis öldürülüb. "Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, faktı Dağıstanın Daxili İşlər Nazirliyindən təsdiqləyiblər. 

Qeyd edək ki, hadisə Stalsk-Kizlyurt yolunda baş verib. Qara rəngli "LADA Priora" avtomobilindən yol-patrul xidmətinin əməkdaşlarına atəş açan cinayətkarlar 2 nəfəri öldürüb, daha 1 nəfəri isə yaralayıblar. Yaralı xəstəxanaya yerləşdirilib. Lakin həkimlər onun həyatını xilas edə bilməyiblər. Hücum edən cinayətkarların sayı məlum deyil. Onlar ərazidən avtomobillə uzaqlaşıblar. Cinayətkarların axtarışı ilə bağlı xüsusi əməliyyat keçirilir.   

ŞƏRH YAZ
Ad

E-mail

Şərh