Naxçıvanın avtomobil yollarında cəmi 1 yol-nəqliyyat hadisəsi qeydə alınıb

Gündəm 21 İyul 2018 03:07 Oxunub 1397
Naxçıvanın avtomobil yollarında cəmi 1 yol-nəqliyyat hadisəsi qeydə alınıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
İlin I yarısında

2018-ci ilin I yarısında Naxçıvan Muxtar Respublikasının avtomobil yollarında cəmi 1 yol-nəqliyyat hadisəsi qeydə alınıb. "Report" xəbər verir ki, bu barədə beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin səkkizinci sessiyasında qarşıya qoyulan vəzifələr və 2018-ci ilin birinci yarımilində Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin cinayətkarlığa qarşı mübarizə, ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə fəaliyyətinin nəticələri ilə bağlı keçirilən kollegiya iclasında daxili işlər naziri, general-leytenant Fazil Ələkbərov geniş məruzə ilə çıxışında bildirib.

Nazir qeyd edib ki, hadisə nəticəsində 1 nəfər ölüb, xəsarət alan olmayıb. Bu dövrdə 148 sərxoş sürücü aşkar edilərək barələrində qanuni tədbirlər görülüb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh