Şamaxı sakini avtomobili dərəyə aşırıb

Qəzalar 21 İyul 2018 08:18 Oxunub 1456
Şamaxı sakini avtomobili dərəyə aşırıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisə zamanı sürücü ağır bədən xəsarətləri alıb

Şamaxı rayon sakini avtomobili aşıraraq xəsarət alıb.

 

Avtosfer.Az-ın APA-ya istinadən məlumatına görə,  Səfərov Vaqif Vüsal oğlu idarə etdiyi "VAZ 21112" markalı minik avtomobili ilə hərəkətdə olarkən qəflətən idarəetməni itirib və maşın yoldan çıxaraq dərəyə aşıb.

Hadisə zamanı sürücü ağır bədən xəsarətləri alıb. O, Şamaxı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

 

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh