Bayılda yolun kənarına atılmış daşlar qəzaya səbəb oldu - VIDEO

Avtosfer TV 22 İyul 2018 11:07 Oxunub 3487
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisə yerinə Səbail rayon yol polisi şöbəsinin əməkdaşları gəlib, araşdırma aparılır

Ötən gecə saat 01:00 radələrində, Səbail rayonu, Xanlar küçəsində rayon sakini Vüqar Mahmudovun idarə etdiyi 99XR073 dövlət nömrə nişanlı, "Lada Priora" markalı avtomobil ilə, Nərimanov rayon sakini Nərmin Cəbrayılovanın idarə etdiyi 90UE719 dövlət nömrə nişanlı "Hunday Elantra" markalı avtomobil toqquşub.

İkitərəfli yolda baş vermiş toqquşma nəticəsində sürücülərin hər ikisi xəsarət alıb, avtomobillərə ciddi ziyan dəyib. Hadisəyə səbəb Bayıl qəsəbəsində tikinti şirkətinin həyət evlərini söküb mişar daşlarını yolun kənarında düzməsi olub.

Xanım sürücü hadisə yerində Avtosfer.az-ın əməkdaşına bildirib ki, o mişar daşlarına dəyməmək üçün sükanı sola qaçırdıb və bu zaman qarşıdan gələn avtomobillə toqquşub. Hadisə yerinə Səbail rayon yol polisi şöbəsinin əməkdaşları gəlib, araşdırma aparılır.

 

Orxan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh