Biləsuvarda qəza: bir neçə nəfər xəsarət alıb

Avtoxəbər 23 İyul 2018 09:00 Oxunub 1232
Biləsuvarda qəza: bir neçə nəfər xəsarət alıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Biləsuvar rayonunda yol qəzası baş verib. "Report"un Muğan bürosu xəbər verir ki, hadisə Ələt-Astara magistral avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, iki minik avtomobili toqquşub. Nəticədə avtomobillərdən biri aşıb. Qəza nəticəsində yaralıların olduğu bildirilir.

Yaralılar xəstəxanaya çatdırılıb və onlara tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh