Səkkiz min dollarlıq oyuncaq maşın - FOTO

Maraqlı 23 İyul 2018 15:03 Oxunub 3768
Səkkiz min dollarlıq oyuncaq maşın - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Müştərinin arzusuna uyğun hazırlanan modelin qiyməti 10584 dollara qədər arta bilər

Miqyaslı modellərin hazırlanması üzrə ixtisaslaşmış Amalgam şirkəti McLaren Senna hiperkarının kiçildilmiş surətini təqdim edib. 1:8 miqyasında hazırlanmış yüksək dəqiqliyə malik olan modeli 8184 dollara qiymətləndiriblər. Müştərinin arzusuna uyğun hazırlanan modelin qiyməti 10584 dollara qədər arta bilər.

Oyuncaq McLaren Senna modelinin uzunluğu 600 millimetr təşkil edir. Miqyaslı modelin hazırlanmasına 3000 saat sərf edilib. Oyuncağın hazırlanması McLaren Automotive şirkətinin dizayn studiyasının iştirakı ilə həyata keçirilib. İstehsalçı hiperkarın orijinal layihə sənədlərini və avtomobilin istehsalında istifadə edilən materialların spesifikasiyasını təqdim edib. Oyuncaq avtomobilin yığılmasına və rənglənməsinə 300 saat sərf edilir. Bununla belə, digər istehsalçıların kataloqlarında daha bahalı miqyaslı modellər də mövcuddur. Məsələn “Le Manın 24 saatı” marafonunun qalibi olmuş 1970-ci ilin Porsche 917 Salzburg modelinin miqyaslı modeli 14917 dollar a satılır. Bu oyuncaqdan cəmi 50 ədəd buraxılıbdır.

McLaren Senna  800 at qüvvəsi və 800 Nm fırlanma anı hasil edən 4,0-litrlik V8 biturbo mühərriki ilə hərəkətə gəlir. Güc aqreqatı 7-pilləli iki miftalı robotlaşdırılmış ötürmələr qutusu ilə tandemdə çalışır. Cəmi 500 ədəd McLaren Senna hiperkarı buraxılacaqdır. (Autograph)

Orxan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh