Jaguar şirkəti yeni əmtəə nişanını qeydə alıb

Avtodünya 23 İyul 2018 15:11 Oxunub 1576
Jaguar şirkəti yeni əmtəə nişanını qeydə alıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Jaguar J-Type modeli Jaguar F-Type kupesinin potensial xələfi ola bilər

aguar şirkəti Avropa patent bürosunda yeni əmtəə nişanını - J-Type adını qeydə alıbdır. AutoGuide nəşrinin məlumatına görə, Jaguar J-Type modeli Jaguar F-Type kupesinin potensial xələfi ola bilər.

2016-cı ilə Jaguar markasının baş dizayneri Yan Kallum Road&Track nəşrinə verdiyi müsahibədə F-Type modelini əvəzləyəcək avtomobilin ortamühərrikli olacağını bildirmişdir. Əslində, ilkin olaraq, Jaguar F-Type modelinin konsepsiyası onun ortamühərrikli olmasını nəzərdə tuturdu. Eyni zamanda, mütəxəssislər J-Type modelinin 2+2 oturacaq formuluna malik olan dəbdəbəli Grand Tourer olacağını da ehtimal edirlər.

Kallum belə bir avtomobilin ingilis istehsalçısının model cərgəsində peyda olma ehtimalı barədə də bildirmişdir. Məlumdur ki, Jaguar elektrik hiperkarının istehsalı barədə də düşünür.  Bir sözlə ehtimallar çox əmtəə nişanı isə bir ədəddir. Hazırda Jaguar şirkətinin model cərgəsində E-Pace və F-Pace krossoverləri, elektrik i-Pace modeli, F-Type sportkarı, XE, XF və XJ sedanları, həmçinin XE universalı da mövcuddur. (autograph)

Orxan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh