Əlilin yerini zəbt edən mədəniyyətsiz sürücü - FOTO

Avtosfer Foto 23 İyul 2018 15:29 Oxunub 2299
Əlilin yerini zəbt edən mədəniyyətsiz sürücü - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Xarici ölkələrdə buna görə sərt cəzalar var

Sosial şəbəkələrdə paylaşılan bu foto görənlərin diqqətini qəzəbinə səbəb olub. Belə ki, 50 CM 282 dövlət nömrə nişanlı, "Mitsubishi" markalı avtomobilin sürücüsü maşını elə park edib ki, iki yeri zəbt edib. Əslində bu cür sürücülər az deyil. Amma burdakı hal bir qədər fərqlidir. Çünki sürücü əlillər üçün nəzərdə tutulmuş yeri də tutub. Dayanma-durma qaydalarını pozduğuna görə onu 20 manat cərimə gözləyir. Amma əgər əlil sürücü gələrsə harda maşını park edəcək bax bu müəmmalı olaraq qalır.

Qeyd edək ki, xarici ölkələrdə bu cür park etməyin cəriməsi yüksək olmaqla yanasi, hətta bəzi ölkələrdə inzibati həbs və sürücülük hüququndan məhrumetmə cəzaları var. Eyni zamanda ictimai nəzarət də güclüdür. Bu cür park edən avtomobillərə ziyan vurmaqla sürücünü xəbərdar edirlər. Avtosfer.az həmin fotonu təqdim edir:

Orxan

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh