Məmurlar sosial şəbəkələrdəki şikayətlərə dərhal reaksiya VERƏCƏK

Maraqlı 23 İyul 2018 23:20 Oxunub 1319
Məmurlar sosial şəbəkələrdəki şikayətlərə dərhal reaksiya VERƏCƏK
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sistem artıq bir sıra regionlara təqdim olunub

Kreml sosial şəbəkələrdə yer alan informasiyaları və hakimiyyətin hərəkətlərinə reaksiyaları izləmək üçün yeni "İnsident menecment” monitorinq sisteminin işə salınması üçün təşəbbüs qaldırıb.

 

Avtosfer.Az xəbər verir ki, bu barədə RBK Kremldəki və regional hökumətlərdəki mənbələrinə istinadən bildirir.

 

 

Mənbələr deyiblər ki, sistemi "Medialogiya” MMC adlı şirkət işləyib hazırlayıb. Şirkətdə məlumatı təsdiq ediblər və bildiriblər ki, sistem artıq bir sıra regionlara təqdim olunub.

 

 

"İnsident menecment” sistemi əsas sosial şəbəkələrdə ("Facebook”, "İnstagram”, "Vkontakte”, "Odnoklassniki” və "Twitter”) açar sözlərlə axtarış aparacaq. Axtarışın nəticələri administratora ötürüləcək və hansı məlumata cavab verilməli olduğu sistem admnistratoru tərəfindən müəyyən ediləcək. Bir regional məmur deyib ki, yerli hakimiyyət sosial şəbəkələrdən toplanmış informasiya üzrə sorğuya ən geci bir sutka ərzində cavab verməlidir.

 

 

Kremlə yaxın olan mənbə isə deyib ki, sosial şəbəkələrdəki neqativ şərhlərə böyük diqqət ayrılmalı olduğu barədə zərurət Kemerovada "Qış albalısı” ticarət mərkəzində baş vermiş faciədən və Voloklamsk zibil poliqonu ətrafındakı situasiyada meydana çıxıb. Regional hakimiyyətlər internetdə kütləvi narazılığa adekvat reaksiya verə bilmədiklərini ortaya qoyublar. Hazırda sistem 10 regionda sınaqdan keçirilir.

 

 

Mənbə: Unikal.org

ŞƏRH YAZ
Ad

E-mail

Şərh