Maşın qaçırdı, sürəndə tutuldu

Avtoxəbər 24 İyul 2018 14:55 Oxunub 1218
Maşın qaçırdı, sürəndə tutuldu
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Avtomobil qaçırmaqda şübhəli bilinən şəxs saxlanılıb

İyulun 23-də saat 16 radələrində Sumqayıt şəhər sakini Elvin Vəliyevin “Moskviç” markalı avtomobilinin Lökbatan qəsəbəsi ərazisində qaçırılması barədə Qaradağ RPİ-nin 10-cu Polis Bölməsinə müraciət daxil olub. Dərhal polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirlərinə başlanılıb və avtomobilin Hacıqabul şəhəri ərazisində hərəkətdə olduğu müəyyən edilib. Görülmüş tədbirlərlə nəqliyyat vasitəsi Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalarla nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən şəxsin Hacıqabul rayon sakini Tərlan Ağazadə olduğu müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır. 

 

Emin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh