Avtomobillərdən oğurluq edən şəxs saxlanılıb - VİDEO

Avtosfer TV 24 İyul 2018 21:40 Oxunub 1389
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobillərdən oğurluq edən şəxs tapılıb

Ağdamda avtomobillərdən oğurluq edən şəxs saxlanılıb.

 

Avtosfer.Az bildirir ki, əməliyyatı Ağdam polisi keçirib. Rayon sakinləri Əflatun Abbasov, Vətən Məmmədli və Rüfət Əhmədova məxsus avtomobillərin şüşələri sındırılıb, maşınlardan pul və mobil telefonlar oğurlanıb. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobillərdən oğurluq edən şəxs tapılıb.

 

Saxlanılan Ağəli Salahov avtomobillərin şüşəsini qarət yox, nəqliyyat vasitəsini sürmək üçün sındırdığını deyib.

 

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

 

Ağəli Salahov əvvəllər məhkumluq həyatı yaşayıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh