Yanlış protokol sürücüyə problem olub - Sürücülük vəsiqəsini dəyişə bilmir - VİDEO

Xəbərlər 24 İyul 2018 23:00 Oxunub 1554
Yanlış protokol sürücüyə problem olub - Sürücülük vəsiqəsini dəyişə bilmir - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ülkər Həsənova, ümumiyyətlə o istiqamətə heç vaxt getmədiyini bildirir

Başqa avtomobilin sürücüsünün törətdiyi qayda pozuntusuna görə paytaxt sakini Ülkər Həsənova vaxtı bitmiş sürücülük vəsiqəsini dəyişə bilmir. Avtosfer.Az-ın məlumatına görə, buna səbəb qaydanı pozan avtomobilin dövlət qeydiyyat nişanının xanım sürücünün avtomobilinin nömrəsinə oxşar olmasıdır. Sürücüyə göndərilən elektron protokoldakı şəkildə qayda pozan avtomobilin nömrəsinin 90-OM 634 olduğu açıq-aydın görünür. Amma qayda pozuntusunun 90 CM 634 nömrəli avtomobil tərəfindən törədildiyi qeyd edilib və buna görə 50 manatlıq cərimə tətbiq edilib. Qayda pozuntusu Ağdaş rayonunda qeydə alınsa da 90 CM 634 nömrə nişanlı avtomobilin sahibi Ülkər Həsənova, ümumiyyətlə o istiqamətə heç vaxt getmədiyini bildirir.

Sürücü elektron protokol məktubunun ona səhv göndərildiyini əsas gətirərək heç bir quruma müraciət etməyib. Sürücülük vəsiqəsini dəyişdirmək istəyəndə isə məhdudiyyət qoyulduğunu öyrənib.

Sözügedən halla tanış olan Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rüfət Quliyev bildirdi ki, görünür, bu, texniki səhv ucbatından baş verib və həmin vətəndaş yol polisinin 902 qaynar xəttinə zəng edərək və ya Baş Dövlət Yol Polisi İdarəsinə ərizə ilə müraciət edərək qısa zamanda problemin həllinə nail ola bilər.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh