Aprel döyüşləri ilə bağlı oyun hazırlandı: "Yüksəklik" - VİDEO

Avtosfer TV 25 İyul 2018 00:26 Oxunub 1370
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu məqsədlə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən əlavə vəsait ayrılıb

Aprel döyüşlərinə həsr olunan və Azərbaycan proqramçılarının yazdığı "Yüksəklik" virtual reallıq döyüş oyunu hazırlanıb. Avtosfer.az-ın məlumatına görə, oyun Yüksək Texnologiyalar Parkının Biznes İnkubasiya Mərkəzinin rezidenti olan şirkətlərdən biri tərəfindən hazırlanıb. Oyunun yaradıcıları 2016-cı il aprel ayında cəbhə xəttində Milli Ordumuzun qəhrəmanlıqla əldə etdiyi Lələtəpə yüksəkliyindən ilhamlanıb. 2018-ci ildə Türkiyədə oyun sərgisində istifadəçilərə təqdim olunan oyun ziyarətçilərin böyük marağına səbəb olub. Oyun Azərbaycanda da yüksək səviyyədə maraq cəlb etdikdən sonra onun daha da təkmilləşdirilərək virtual hərbi simulyator kimi inkişaf etdirilməsinə qərar verilib. Bu məqsədlə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən əlavə vəsait ayrılıb.

Hazırda layihə daha da təkmilləşdirilir və Silahlı Qüvvələr üçün hərbi simulyator prototipi kimi iki müxtəlif layihə formasında hazırlanır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh