Nabranda itkin düşən uşaqla bağlı iddia - “Əslində o, oğurlanıb”

Xəbərlər 25 İyul 2018 00:50 Oxunub 1467
Nabranda itkin düşən uşaqla bağlı iddia - “Əslində o, oğurlanıb”
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Bununla bağlı polisə müraciət etmişik, araşdırma aparılır”

Xaçmazda itkin düşdüyü deyilən 3 yaşlı uşaq əslində, oğurlanıbmış. Avtosfer.az xəbər verir ki, bu fikirləri “Ölkə.az”a açıqlamasında 22 iyul tarixində Xaçmaz rayonunun Nabran qəsəbəsində naməlum şəraitdə itkin düşmüş və ötən gün tapılaraq ailəsinə təhvil verilmiş 3 yaşlı Novruzov İsmayıl Elçin oğlunun dayısı Məhəmməd Mehdiyev səsləndirib: “Uşaq tapıldığı ərazidə axtarış aparılmışdı, amma tapılmamışdı. Uşağı oğurlamışdılar. Sonradan gördülər ki, əraziyə helikopterlər, hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Ona görə də gətirib uşağı yerinə qoymuşdular”.

M.Mehdiyev bildirib ki, ailənin heç kimlə ədavəti olmayıb: “Ailənin heç kimlə ədavəti yoxdur. Kimin qaçırdığını bilmirik. Bununla bağlı polisə müraciət etmişik, araşdırma aparılır”.

Qeyd edək ki, 2015-ci il təvəllüdlü Novruzov İsmayıl Elçin oğlu axtarışların aparıldığı ərazidə tapılaraq ailəsinə təhvil verilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh