Sükan arxasında narkotik qəbul edən avtobus sürücüsü həbs edildi – “Çinar Trans” - VİDEO

Yazarlar 25 İyul 2018 09:12 Oxunub 6713
Sükan arxasında narkotik qəbul edən avtobus sürücüsü həbs edildi – “Çinar Trans” - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sürücüyə 30, ona nəzarət etməli olan kalon rəisinə isə 15 gün müddətinə həbs cəzası verilib

İctimai nəqliyyatda, xüsusən sərnişin avtobuslarında sürücülər qeyri-etik davranışları ilə tez-tez gündəmə gəlir. Bu dəfə Bakıda fəaliyyət göstərən 10-XX-144 dövlət nömrə nişanlı 202 saylı marşrut avtobusunu idarə edən şəxs müəmmalı və təhlükəli hərəkətləri ilə diqqət çəkib. Nəqliyyat vasitəsinin sürücüsü sükan arxasında siqaretin kağızı ilə yol boyu nə isə düzəltməyə çalışıb. O, avtobus hərəkətdə olan zaman qarşısına baxmadan sərnişinlərin həyatını təhlükəyə atıb. Nəqliyyat vasitəsini idarə edən şəxs sadəcə ara-sıra yola göz gəzdirərək bir az “insaflı” davranıb. Avtobusdakı sərnişinlər onun bu hərkətlərini təəccüblə seyr edib. Bundan əlavə, sürücü nəqliyyat vasitəsinin salonunda olan və  insanla qeyri-etik danışıb. Ortaya çıxan mənzərə təxminən saat 11:15 radalərindən 11:30-a kimi davam edib.

Avtosfer.az xəbər verir ki, videomaterial minval.info saytında yayılıb və cəmi yarım saatdan sonra Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi rəhbərliyinin göstərişi ilə avtobus sürücü ilə birlikdə saxlanılıb. Bu barədə Avtosfer.az-a açıqlama verən DYP-nin bölmə rəisi, polkovnik Vaqif Əsədov bildirib ki, iyulun 23-də yayılan xəbər dərhal nəzarətə götürülüb: “Yazıda göstərilən 10 XX 144 dövlət nişanlı avtobusun hərəkətinin dayandırılması ilə bağlı göstəriş verildi. Təxminən saat 15:00 radələrində paytaxtın Binəqədi rayon ərazisində Gənclik-Biləcəri istiqamətində sərnişindaşıma ilə məşğul olan sürücü Cəfər Xəndan küçəsində saxlanıldı. Saxlanılan zaman sürücünün müvafiq sənədlərini təqdim etməməsi, eləcə də, özünü şübhəli aparması yol polisi əməkdaşlarının diqqətindən yayınmadı və həmin sürücünü tibbi müayinədən keçirilməyə dəvət edildi. Tibbi müayinə zamanı sürücünün içki narkotik vasitənin təsiri altında olması aşkarlandı və bu barədə pratokol tərtib edildi”.

Vaqif Əsədovun sözlərinə görə, eyni zamanda, onun sürücülük vəsiqəsinin təqdim etməməsi ilə bağlı da araşdırma aparılıb. Məlum olub ki, həmin şəxs 09.04.2018-ci ildən etibarən sürücülük hüququndan məhrum edilib və bilərəkdən vəsiqəni təhvil verməyib. Digər bir araşdırmaya görə, onun 202 saylı marşutda müqavilə əsasında işləməsi məlum olub. Kalon rəisinin nəzarətinin zəif olmasi ilə bağlı araşdırma aparılarkən qanunun tələblərinə zidd hərəkət etməsi və polisə tabe olmaması ilə bağlı da sənəd toplanılıb. 202 saylı marşut üzrə işləyən 90 XX 144 dövlət nişanlı avtobusun sürücüsü, Masallı rayon sakini, 1984-cü il təvəllüdlü Tağıyev İlkin Əlisəftar oğlu barəsində toplanan bütün sənədlər Binəqədi rayon Məhkəməsinə təhvil verilib. Hakim tərəfindən çıxarılan qərara əsasən, həmin sürücü 1 ay müddətinı inzibati qaydada həbs edilib və yenidən 1 il müddətində sürücülük hüququndan məhrum edilib. Eyni zamanda, bütün bu hallara göz yuman kalon rəisi, Bakı şəhər sakini, 1981-ci il təvəllüdlü Qurbanov Oktay Əlisəfdər oğlu barəsində də 15 gün inzibati həbs qərarı verib. Və onların hər ikisi tutduğu vəzifədən xaric edilib”.

Avtosfer.az-ın apardığı araşdırma nəticəsində məlum olub ki, 202 saylı marşrut “Çinar Trans” MMC-yə məxsusdur. Bu şirkətin avtobusları ilə bağlı şikayətlər və problemlər tez-tez gündəmə gəlir.

 

Elmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh