Metroda poza verirdi, 500 minlik Range Rover aldı - FOTO

Avtoxəbər 25 İyul 2018 09:01 Oxunub 2239
Metroda poza verirdi, 500 minlik Range Rover aldı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Instagram-da hər kəs bu qızdan danışır

"Youtube" üzərindən çəkdiyi video materiallarla populyarlıq qazanan Danla Bilic özünə 500 min TL-yə Range Rover jeep alıb.

Türkiyədə yaşayan gənc fenomen yenicə tanınmağa başlayanda bunun televiziyanın yerini ala biləcək qədər güclü bir macəra ola biləcəyini kimsə təxmin etmirdi. "Həyatda olmaz. Kim izləyər bu axmaqlıqları" deyən qardaşlar bacılar haqsız çıxardı. Artıq onun sosial şəbəkə və "Youtube" izləyiciləri milyon nəfərə çatır.

ƏVVƏL AVTOMOBİL SONRA AÇAR

Sosial şəbəkələrin "çörəyi ən çox yeyən" kimi tanınan Danla Biliç ötən gün "Instagram"da Range Rover jeep avtomobilinin şəklini, üzərinə kaş mənim olsan yazaraq paylaşmışdı. Bundan 2 dəqiqə sonra avtomobilin açarının fotosunu da paylaşıb.

MİLYONLAR QAZANIR

Keçən il bu vaxtlar Yeditepe Universitetində təhsil alan Bilic adi bir tələbə idi. O, 1 il içərisində öz markası olan və trilyonlar qazanan bir gənc qadına çevrildi.(media24.az)

ŞƏRH YAZ
Ad

E-mail

Şərh