Qış parkı ətrafında "gecə qara, cücə qara": " parkinqin üstündə saxlanan maşınlar - VIDEO

Avtosfer TV 25 İyul 2018 11:29 Oxunub 2314
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Məgər axşam saatlarında yol hərəkəti qaydaları qüvvədən düşür?

Ölkə başçısı İlham Əliyev etdiyi çıxışların birində vurğuladı ki, paytaxtda dövlət vəsaiti hesabına parkinqlər tikilib, amma həmin parkinqlər boş qalıb. Sürücülər dayanma durma qadağan olunan yerdə,hətta parkinqlə üzbəüz dayanırlar və hərəkəti iflic edirlər. Parkinq isə boş qalır. Həmin sürücüləri isə məsuliyyətə cəlb edən yoxdur.

Avtosfer.az xəbər verir ki, paytaxtın Fizuli küçəsində qış parkının yanında dayanma durma qaydasını pozan sürücülərə qarşı gündüz vaxtı nəzarət olur. Amma saat 6 dan sonra heç bir YPX əməkdaşı qeyd etdiyimiz ərazidə dayanma durma qaaydasını pozanları məsuliyyətə cəlb etmir. 

Qeyd edək ki, qış parkının altında böyük bir parkinq var. Amma prezidentin dediyi kimi, gecə vaxtı orada heç kim saxlamır. Hamı parkinqlə üzbəüz dayanır və onları heç kim məsuliyyətə cəlb etmir. Onları məsuliyyətə cəlb etməməyin səbəbi nədir? Məgər axşam saatlarında yol hərəkəti qaydaları qüvvədən düşür?

 

Təbriz

ŞƏRH YAZ
Ad

E-mail

Şərh