Mingəçevirdən qaçırılan avtomobil Ağdaşda saxlanıldı 

Qaydalar 25 İyul 2018 16:02 Oxunub 1373
Mingəçevirdən qaçırılan avtomobil Ağdaşda saxlanıldı 
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Avtomobil polis əməkdaşları tərəfindən saxlanılıb

İyulun 24-də saat 8 radələrində Mingəçevir şəhəri ərazisindən şəhər sakini Ruslan Hüseynovun “VAZ-2107” markalı avtomobilinin qaçırılması barədə Şəhər Polis Şöbəsinə müraciət daxil olub. Dərhal polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirlərinə başlanılıb və avtomobilin Ağdaş rayonu ərazisində hərəkətdə olduğu müəyyən edilib. Görülmüş tədbirlərlə avtomobil həmin rayon ərazisində polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalarla nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən şəxsin Yevlax rayon sakini Sərxan Əliyev olduğu müəyyən edilib.

Mingəçevir ŞPŞ-də araşdırma aparılır. 

 

Natiq Cavadov, 

DİN Mətbuat Xidmətinin əməkdaşı                          

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh