Sürücü “BakuBus” avtobusuna qəza şəraiti yaratdı - VİDEO

Avtoreyd 25 İyul 2018 16:05 Oxunub 1835
Sürücü “BakuBus” avtobusuna qəza şəraiti yaratdı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisə avtobusun təhlükəsizlik kameraları vasitəsilə qeydə alınıb

“BakuBus” MMC-yə məxsus daha bir avtobusun yolunda təhlükəli vəziyyət qeydə alınıb. MMC-dən Avtosfer.az-a verilən məlumata görə, 1 nömrəli marşrut xətti üzrə “28 May” metrostansiyasının qarşısından “Neftçilər” metrostansiyası istiqamətində hərəkət edən “BakuBus” MMC-yə məxsus avtobusun yoluna qəflətən minik avtomobili çıxıb. Yol-hərəkət qaydalarını kobud şəkildə pozan minik avtomobilinin sürücüsü avtobus üçün qəza şəraiti yaradıb. Bu zaman avtobusun sürücüsü baş verə biləcək qəzanın qarşısını almaq üçün əyləcdən istifadə edib. Nəticədə avtobusun sərnişini Nataliya Vladimirovna yıxılıb.

Hadisə avtobusun təhlükəsizlik kameraları vasitəsilə qeydə alınıb. N.Vladimirovna “BakuBus” MMC-yə etdiyi müraciəti nəzərə alınaraq, avtobusda yıxılmasının səbəbləri barədə məlumatlandırılıb. 

“BakuBus” MMC bir daha bütün sürücüləri yol-hərəkət qaydalarını pozmamağa, idarə etdikləri nəqliyyat vasitələri ilə avtobusların hərəkətinə mane olmamağa və qəza şəraiti yaratmamağa çağırır.

1 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusun yolunda yaranan qəza şəraiti ilə bağlı görüntünü təqdim edirik: 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh