Süpürgəçi qadını vuran sürücü həbs edildi - 8 il 6 ay

Qaydalar 25 İyul 2018 16:11 Oxunub 1643
Süpürgəçi qadını vuran sürücü həbs edildi - 8 il 6 ay
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Zaur Musayevin cinayət işi üzrə məhkəmə iclası yekunlaşıb

Süpürgəçi qadını "KamAZ"la vurub öldürən sürücünün məhkəməsi başa çatıb. Dünyasını dəyişən süpürgəçinin və övladlarının fotosu uzun müddət sosial şəbəkələrdə və mətbuatda müzakirə mövzusu idi. Avtosfer.az musavat.com-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində süpürgəçi qadını vurub öldürən "KamAZ” markalı avtomobilin sürücüsü Zaur Musayevin cinayət işi üzrə məhkəmə iclası yekunlaşıb. Hakim Ənvər Seyidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən Z.Musayev 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Zaur Musayev barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri dəyişdirilib və o məhkəmə zalındaca həbs edilib.

Xatırladaq ki, hadisə bu il martın 27-də saat 18 radələrində Sabunçu rayonunun Sabunçu qəsəbəsində qeydə alınıb. "KamAZ" markalı avtomobil yolu keçən paytaxt sakini, süpürgəçi Cəmilə Salahovanı vurub və nəticədə piyada hadisə yerində ölüb. Hadisəni törədən sürücü - Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Z.Musayev saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin 263-1.3-cü (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma, eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh