Qubada “QAZel”dən fıstıq cinsli meşə materialı aşkar olunub - FOTO

Qaydalar 25 İyul 2018 16:31 Oxunub 2084
Qubada “QAZel”dən fıstıq cinsli meşə materialı aşkar olunub - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Zülfüqar Muradov barəsində akt tərtib olunub

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən respublika ərazisində yerli meşə materiallarının qanunsuz yolla əldə edilməsi və daşınması hallarının qarşısının alınması məqsədilə keçirilən reydlər davam etdirilir. Bu barədə Avtosfer.az-a nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Reyd zaman Quba rayonu Əski İqriq kəndi ərazisində “QAZel” markalı 40-BN-228 dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində qanunsuz yolla əldə edilmiş 3 m3 həcmində fıstıq cinsli girdə işlik meşə materialı aşkar olunub.

Faktla bağlı avtomobilin sahibi Zülfüqar Muradov barəsində akt tərtib olunub və ona meşə fonduna dəyən 518 manat məbləğində ziyan tətbiq edilib.

 

Fidan

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh