Yol polisindən yük və sərnişin daşıyanlara xəbərdarlıq: 3 min cərimə

Avtoxəbər 26 İyul 2018 15:02 Oxunub 4022
Yol polisindən yük və sərnişin daşıyanlara xəbərdarlıq: 3 min cərimə
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Avtobusların dayanma-durma qaydalarını pozmaması üçün dispetçer nəzarəti təşkil etməlidirlər

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi sərnişin və yükdaşıma ilə məşğul olan şəxslərə xəbərdarlıq edib. Avtosfer.az-a məlumat verən İdarənin şöbə rəisi, polkovnik Vaqif Əsədov bildirib ki, DYP təhlükəsizliyi təmin etmək məqsədilə sərnişin və yükdaşıma ilə məşğul olanlara qanunun tələblərinə riayət etməyi tövsiyə edir. "Nizam-intizamın yüksəldilməsi istiqamətində təkcə yol polisi deyil bu sahəyə cavabdeh olan hüquqi və fiziki şəxslər də məsuliyyətli olmalıdır. Ən azından onlar qanunvericilikdə nəzərdə tutulmuş qaydada fəaliyyət göstərməli, nəzarəti gücləndirməlidir.  Xüsusilə reysdən öncə tibbi müayinənin səmərəli təşkili, avtobusların yanacaqla tam təmin edilməsi, yolboyu sürücülərin davranışı, ümumiyyətlə avtobusa nəzarət üçün kameraların qurulması vacibdir. Həmçinin baş  vermiş qəzanın dəqiq araşdırılmasını aparmaq üçün avtobusxarici kameralar da qurulmalıdır." 

V. Əsədov onu da əlavə edib ki, şirkət rəhbərləri yollarda avtobusların dayanma-durma qaydalarını pozmaması üçün dispetçer nəzarəti təşkil etməlidirlər. 

Şöbə rəisi bir daha qeyd edib ki, reys qabağı tibbi müayinənin düzgün təşkil edilməsi barədə məsuliyyət daşıyır. Fiziki şəxslər 500 manatdan 800 manata, hüququ şəxslər isə 2000 manatdan 3000 manata qədər cərimə edilə bilər. Bununla bağlı tərəfimizdən reydlər təşkil ediləcək.

Orxan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh